Xüsusi təyinatlıların və DİN əməkdaşlarının maaşlarının artırılması təklif olunub

Gündəm 26 Noyabr 2024 18:36 Oxunub 100
Xüsusi təyinatlıların və DİN əməkdaşlarının maaşlarının artırılması təklif olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Büdcə zərfində müdafiə və təhlükəsizlik sahəsinə kifayət qədər vəsait ayrılıb, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.

“Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın azalır. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olar. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarının da maaşlarını əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içində ən az maaş alan məhz Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”, - deyə deputat bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh