Xüsusi zolaqlara daxil olan sürücülərin sayı açıqlandı - RƏSMİ

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin statistikası açıqlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya deyib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir: “Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 867 nəfər inzibati məsuliyyətə cəlb edilib”.
V.Əsədov sabahdan həmin zolaqlarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edib: “Sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq. Buna görə də sürücülərdən diqqətli olmalarını, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamalarını, həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”.
Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı










