XV Yay Paralimpiya Oyunları start götürür

Bu gecə keçiriləcək Açılış mərasimi ilə 2016-cı il Rio-De-Janeyro Yay Paralimpiya Oyunları start götürəcək. Avtosfer.az xəbər verir ki, yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15-də) başlanacaq mərasim "Marakana" stadionunda təşkil ediləcək.
Tədbir zamanı Azərbaycanın bayrağını cüdo üzrə ikiqat paralimpiya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, eləcə də 2 qat dünya və 6 qat Avropa çempionu İlham Zəkiyev aparacaq. Üstəlik, Açılış mərasimində azərbaycanlı izləyicilər üçün sürpriz də hazırlanıb.
Yarışlara sentyabrın 8-dən start veriləcək. Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 27 paralimpiyaçı ilə təmsil olunacaq ki, onların da 6-sı qadındır. İdmançılar cüdo, atletika, üzgüçülük, güllə atıcılığı, kamandan oxatma və pauerliftinq növlərində 44 medal uğrunda mübarizə aparacaqlar.
Nümayəndə heyəti Rio-de-Janeyroya sentyabrın 2-də yola düşüb. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib.
Paralimpiada sentyabrın 18-də başa çatacaq.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












