XXI əsrin sonlarında havanın temperaturu 6-9 dərəcə yüksələ bilər

XXI əsrin sonlarında bir çox böyük şəhərlərdə havanın temperaturu 6-9 dərəcə yüksələ bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) dünyanın bir sıra böyük şəhərlərində yay ayları üçün gələcək hava proqnozlarında deyilir. Proqnoz 2100-cü ilin yay ayları üçün Doha, Bağdad, Barselona, Berlin, Brüssel, Buenos Ayres, Keyptaun, Frankfurt, Hanoy, Havana, Kampala, Madrid, Monreal, Nayrobi, Paris, Sofiya və Tokio şəhərləri üzrə verilib. Araşdırma aparmaq və videonun hazırlanması üçün dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər və sinoptiklər cəlb olunub. Onlar istixana qazlarının emissiyalarının kəskin artımı halında XXI əsrin sonlarında Yer səthində temperaturun orta hesabla 4 dərəcə, bir çox böyük şəhərlərdə isə 6-9 dərəcə Selsi yüksələcəyini müəyyənləşdirib.
Məsələn, əsrin sonlarında Paris orta yay temperaturu indi 22,7 dərəcədən 29,2 dərəcə Selsiyə yüksələcək. Yay aylarında ən qızmar istiliyi isə Doha və Bağdadın sakinləri yaşayacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












