Yağış avtobusları bu hala saldı - FOTO

Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün hələ də nazirliyin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, hazırda Binəqədi rayonunun Binəqədi şosesində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.
Yağan yağışdan sonra avtomobillərə də ciddi ziyan dəyib. Sedan tipli avtomobillərin içərisinə su dolan mühərrikləri sıradan çıxıb, sərnişin avtobuslarının da görkəmi dəyişib. Bir ara minik maşınlarını bufersiz sürmək dəb idi. İndi yağışın buferlərini sındırdığı 133 və 165 saylı "Daewoo" avtobusları da gölməçələrdən çıxmağa imkan tapan kimi elə "dəbli-dəbli" Binəqədi şossesi ilə şütüyüb "göz oxşayırlar".


Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












