Yağış suları 9 avtobusun hərəkətində dəyişikliyə səbəb oldu

Bakıda doqquz marşrut xəttinin istiqaməti dəyişdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlum olduğu kimi, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb. Bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişiklik edilib. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












