Yağış sularının yollarda yaratdığı problemlə bağlı AÇIQLAMA

Hazırda Bakı şəhərində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti normaldır, heç bir problem müşahidə olunmur. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Bakının Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yağış sularının nəqliyyat vasitələrinin hərəkətinə çətinlik törətməsinə gəlincə A.Nəcəfli qeyd edib ki, orada yol təsərrüfatında heç bir problem yoxdur: "Orada yağış barmaqlıqları yerindədir, içi təmizdir, sadcə olaraq yağış suları həddən artıq çox gəldiyi üçün su-kanalizasiya sistemi suyu tam çatdırıb ötürə bilmir".
A.Nəcəfli bildirib ki, həm "Azərsu" ASC-nin, həm də "Azəravtoyol" ASC-nin nümayəndələri onun üzərində çalışırlar ki, həmin istiqamətdə yağış yağan zaman problem yaranmasın: "Yəni birgə işlər aparılır ki, orada olan problem köklü şəkildə aradan qalxsın".
A.Nəcəfli əlavə edib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkətində problem yoxdur.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










