Yağış vaxtı tıxac olanda polis nə edir? - Açıqlama

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov yağışlı hava şəraiti ilə əlaqədar hazırda yollarda müşahidə edilən vəziyyətdən danışıb. Avtosfer-az-ın məlumatına görə, o “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son günlər yağışın yağması yollarda müəyyən problemlər yaradıb: “Küçələrdə yağış sularının yaratdığı problemlər və bəzi texniki vasitələrdə, yəni svetaforlarda yaranan texniki nasazlıq müəyyən istiqamətlər üzrə nəqliyyat axınında sıxlıq yaradıb. Yağmurlu hava şəraitində sürücülər minimum sürət həddini seçir. Bununla əlaqədar süni sıxlıq yaşanır. Hər halda əməkdaşlarımız tərəfindən görülmüş tədbirlər nəticəsində bütün istiqamətlər üzrə hərəkət təşkil olunub. Eyni zamanda sürücülərə xəbərdarlıqlar edilib.
Bir daha sürücülər müraciət edirəm ki, yağış yağarkən müəyyən texniki vasitələrdə nasazlıq yarandığı zaman daha diqqətli olsunlar. Yolayrıcılarının keçmə qaydalarının tələblərinə daha düzgün riayət etsinlər. Yəni svetafor işləmirsə, o yol artıq nizamlanmayan yolayrıcı hesab edilir. Yolayrıcında hərəkət üstünlüyü qoyulmuş nişanlara uyğun aparılmalıdır. Əgər bu ərazilərdə yol nişanları yoxdursa, o zaman sağdan yaxınlaşmalı olan nəqliyyat vasitələrinin hərəkətinə üstünlük verilməlidir.
Sürücü hansı yolla hərəkət etdiyini bilmirsə, o ikinci dərəcəli yolda hərəkət edən avtomobil sürücülərinin hərəkətinin davam etməsinə şərait yaratmalıdır. Bəzi ərazilərdə yağış suları gölməçə yaratdığı üçün su axınının düzgün axması üçün drenajorların da qoyulması üçün göstəriş verilib. Doğrudan da son 3 gündə normadan artıq yağış yağdığından problemlər həqiqətən olub. Hazırda Bakı şəhəri üzrə bütün istiqamətlərdə nəqliyyat axınının hərəkəti bərpa edilib. Yeganə olaraq Rəsulzadə qəsəbəsindən Binəqədi istiqamətində olan ərazidə kommunikasiya xəttlərinin çəkilməsi ilə bağlı problem var. Əgər hava şəraiti imkan verərsə, həmin ərazidə asfalt çəkiləcək. Bu zaman da sürücülərə məlumat veriləcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












