Yağışa görə 22 qəza olub

Yol və meteoroloji şərait nəzərə alınmadığından oktyabrın 17-də Bakıda maddi zərərlə nəticələnən 22 yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu haqda modern.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov deyib ki, eyni zamanda yüngül xəsarətlə nəticələnən bir toqquşma da baş verib. O bildirib ki, polis əməkdaşları təhkim olunduqları ərazi üzrə xidmətlərini davam etdirirlər. V.Əsədov bir daha sürücülərə müraciət edib:
“Sürücülərdən xahiş edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunsun, əsasən ictimai nəqliyyata üstünlük verilsin. Belə havada avtomobilin yüksək sürətlə idarə olunması ətrafda hərəkət edən piyadaların üst-başını çirkləndirməyə səbəb olan hallar yaradır ki, bu da inzibati xəta hesab edilir.
Hava şəraiti nəzərə alınaraq sürət həddi minimuma endirilməli, normadan artıq ara məsafəsi saxlanılmalıdır. Avtomobilin hərəkətə gətirilməsi, dayandırılması mexaniki və avtomatik sürətlər qutusunun hesabına yerinə yetirilməlidir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












