Yağışdan sonra maraqlı RƏYLƏR VƏ FOTOLAR

Ötən gün aramsız yağan yağışdan sonra Bakıda yaşanan problemlərə sosial şəbəkədə müxtəlif reaksiyalar oldu. Avtosfer.az qaynarinfo-ya istinadən ən maraqlı rəyləri və fotoları diqqətinizə çatdırır:
Taleh Yüzbəyov (aktyor, rejissor): İki suala heç cür cavab tapa bilməmişəm:
1. Misir piramidaları necə tikilib?!
2. Bakıda yağış yağan kimi niyə probka olur?!

Bahəddin Həziyev (BizimYolun baş redaktoru): Yerə iki damcı su düşüb, şəhər iflic olub. Deyirlər, Bakıya qar yaraşmır. Bakı qara hazır deyil. İndi məlum olur, heç yağışa hazır deyil. Necə olur 25 günə stadion tikib beynəlxalq yarışa hazırlana bilir, amma 25 ildir yağışa hazırlana bilmir?! Deməli, sadəcə, istəmək lazımdır. İstəyəndə hər şey etmək olur.

İlham Məhərrəmov (Arabaçı Tv-nin direktoru): Dünən yagan yagışdan bəzi qurumlar yamanca "alqışlandılar."

Natiq Nailəoğlu (ARBTV-nın aparıcısı): Yağış yağır hamı probkadan danışır. Təsəvvür edin ki, siz probkadan danışırsız, evə tələsirsiz. Amma bir də düşünün bu yağışlı hava da evsiz, eşiksiz insanlar çöldə sel, su basan asfalt örtüyünün üstündə yatmaq məcburiyyətindədir... Bunun uşaqlı olanı, xəstə olanı var. Tanrı onları qorusun. Siz gec ya tez evinizə çatacaqsınız. Onların evi bildiyi küçələr isə kim bilir neçə günə quruyacaq, kim bilir hansı çətinliklərlə üz-üzə qalıblar!!!

Samir Əliyev (iqtisadçı ekspert): Kanalizasiya ilə axan çay məcrasını dəyişərək əvvəl yerin üstünə çıxmış, sonra Caspian Plazadan Nizami metrostansiyasına doğru yön almışdır. İlkin məlumatlara görə, çayda batan və itkin düşən yoxdur.

Zamin Hacı (köşə yazarı): Bakıya normadan 100,4 faiz artıq yağış yağmışdır" (Məzahir Pənahov)

Sevinc Vaqifqızı (APATV-nin əməkdaşı) : Bunun adı deyəsən yağış deyil) nədirsə başqa şeydi☺. Yoxam artıq ))))Məni axtarmayın.

"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












