Yağışın yaratdığı fəsadlar: hər dəfə eyni problemi niyə yaşayırıq? - VİDEO

Bakıda yağan yağışlar yollarda ciddi çətinliklər yaradıb. Ən böyük problem isə yağan yağışlar səbəbindən paytaxtın əksər küçələrində yaranan su gölməçələridir.
Avtosfer.az xəbər verir ki, bu həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradır.
Kanalizasiya sistemlərinin tutulması və yağış sularının çox olması səbəbindən gölməçələr yaranır. Bu gölməçələr yollardan istifdə edənlər üçün maneə olmaqla yanaşı həm də qəzalara səbəb ola bilər. Məsələnin həlli “Azərsu” ASC-nin vəzifələrindən biri olmasına baxmayaraq belə hall hər il təkrarlanır.
Gölməçələrinin yollarda yaratdığı problem aradan qaldırılmır.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yağış suları düzgün idarə olunmur.
“Yol infrastrukturunu quranlar yağış sularının idarə edilməsini nəzərə almırlar. Nəticədə belə mənzərə yaranır. Təəssüflər olsun ki, qanunda nəzərdə tutulmamasına baxmayaraq yağış suları kanalizasiya borularına birləşdirilir ki, bu da fəsadlar yaradır. Çünki kanalizasiya boruları müəyyən limitə uyğun hesablanıb. Əlavə olaraq yağış sularını da ora yönləndiriləndə borular daşır və yollarda gölməçələr yaranır”.
Məhəbbət Tərlanoğlu
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək










