Yağışlı hava şəraiti davam edəcək

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var, axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 17-də Abşeron yarımadasında təmiz və sakit hava şəraiti müsbət amil olsa da, havada rütubətin çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 18-19-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Fidan
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu








