Yağışlı havalarda qəzadan belə qurtulmaq olar - AÇIQLAMA

"Yağışlı havalarda baş verən yol qəzalarında texniki məsələlərlə bərabər, sürücülərin məsuliyyətsizliyi də əsas səbəblərdən biridir. Yağışlı havalarda sürücülər müxtəlif səhvlərə yol verirlər. Bunun üçün sürücülər avtomobildə texniki məsələlərə xüsusi diqqət yetirməli, qaydalardan kənara çıxmamaq şərtilə dəyişikliklər edə bilərlər".
Bu fikirləri avtomobil təlimçisi Kamil Məmmədov deyib.
Onun sözlərinə görə, sürücülər ilk növbədə əyləc sisteminə və təkərlərin sazlığına nəzər salmalıdır: “İstənilən hava şəraitində, o cümlədən yağışlı havada əyləc sistemi saz vəziyyətdə olmalıdır. Düzdür, əksər sürücülər bu məsələyə önəm vermir, ancaq hər bir sürücü bilməlidir ki, əyləc sistemində cüzi bir nasazlıq ağır yol qəza hadisələrinə səbəb ola bilər. Yaponiyalı sürücülər deyir ki, əyləc sistemi ilə yanaşı hər 4 təkər saz vəziyyətdə olmalıdır. Hətta xarici ölkələrdə yağışlı havalarda təkərlərin təzyiqini normaya uyğun azaldırlar, bizdə isə ən çox qarlı havalarda belə praktikadan istifadə olunur. Bundan başqa sürücülər duman əleyhinə olan işıqların işlək vəziyyətdə olmasına nəzarət etməlidir. Güclü yağışlar yağanda görmə məsafəsi zəifləyir, eyni zamanda hava şəraitinə uyğun olaraq duman da yarana bilir. Bundan başqa bəzi sürücülər görüntü üçün şüşə silgəclərini çıxarırlar, bu qətiyyən yolverilməz haldır”,
Təlimçi bunda başqa digər sürücülərə qarşı diqqətli olmağı vurğulayıb:” "Gözüm zəif görür", “yolda işıqlandırma zəifdir”, “maşın azdır, nə olacaq?” deyib uzaqvuran işıqlardan və gücləndirici lampalardan istifadə etmələri düzgün deyil. Qarşıdan gələn digər nəqliyyat vasitələrinin sürücülərini düşünməklə, onlara hörmət etməklə, sürücü mədəniyyətini əsas götürməklə hətta zəncirvari qəzaların qarşısını ala bilərsiniz, qadın sürücülər də bu məsələyə diqqətlə yanaşmalıdır”.
K.Məmmədov yağışlı havalarda qızıl qayda olaraq ara məsafəsini saxlamaq və surəti artırmamağı tövsiyyə edib.
(nevs24.az)
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












