Yanacağa az pul verdikdə xərc artır, yoxsa azalır? - FOTO

Bəzi sürücülər cəmi 5-6 litr yanacaqla maşın sürməyə vərdiş ediblər. 5 manatlıq yanacaq alan sürücülərə hər gün rast gəlinir. Bəs belə az yanacaqla maşın sürmək mühərrikə problem yaradırmı?
Avtosfer.az xarici saytlara istinadla xəbər verir ki, az yanacaqla maşın sürmək risklidir. Bu zaman nasos daha böyük sürətlə işləyərək qızır və tez sıradan çıxır. Üstəgəl, böyük dövrdə işləyən nasos yanacaq sərfiyyatını da artırır. Kəskin temperatur dəyişikliyi yanacaq çəninin daxili divarlarında kondensat yaranması ilə nəticələnir ki, bu da mühərrikə ziyandır. Azərbaycanda sürücülər bunu dərhal hiss etmirlər, çünki qış sərt keçmir.

Ölkəmizdə avtomobillərin çoxunun köhnə olduğunu nəzərə alaraq qeyd etməliyik ki, uzun müddət tam dolmayanda korroziya sürətlənir və çən sıradan çıxır. Eyni zamanda uzun müddət çəndə toplanan çöküntülər yanacaq filtrini, nasosu və injektor sistemini sıradan çıxarır.
Bakı üçün spesifik halı da unutmaq olmaz: Şəhərimizdə yolların çoxu enişli-yoxuşlu olduğuna görə mühərrik arzuolunmaz yerdə sönə də bilər. Əgər nasosa yanacaq çatmırsa və ya sistemə hava düşübsə mühərriki işə salmaq üçün avtomobili evakuatorla aparmaq lazım olacaq. Sürücüyə qalan isə siqnal səsləri olacaq. Kola qabındakı ehtiyat yanacaq müasir avtomobillərdə kara gəlmir.
Bir sözlə, yanacağa az pul vermək qənaət deyil. Tam əksinə, sürücünün gələcək xərcləri tezləşir və artır. Buna görə də avtomobil alan şəxs alış qiyməti ilə yanaşı, gündəlik istismar xərclərini də nəzərə almalıdır. Bu yerdə avropalıların “ən yaxşı maşın büdcəyə uyğun olandır” yanaşması təqdirə layiqdir.
Vüqar Yaşaroğlu
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












