Yanacağın keyfiyyətini aşağı salanlar bu millətin düşmənidir – EKSPERTDƏN VACİB AÇIQLAMA - VİDEO
Son günlər sürücülər ölkədəki yanacağın keyfiyyəti ilə bağlı narazılıq edirlər. Yanacağın qiymətində artım edildikdən sonra həm benzinin, həm də dizelin keyfiyyəti sosial şəbəkələrin Azərbaycan sektorunda müzakirə edilən əsasə məsələlərdən birinə çevrilib.
Məsələ ilə əlqədar Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayımda açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu sahəyə o qdəər də ciddi nəzarət yoxdur:
“Qiymət artırılarkən səbəb olaraq bildirildi ki, keyfiyyət artacaq. Xüsusən də, premium markalı benzinin keyfiyyətinin yüksəldildiyi deyilirdi. Sözün düzü, mən bir müddət keyfiyyətin artmağını hiss elədim. Mənim fikrimcə, yanacağın keyfiyyəti ilə bağlı məsələ bəzi yanacaqdoldurma məntəqələrindədir. Əsas problem buradadır. Mən də bu problemlə əlaqədar dəfələrlə müraciət elədim. Bu məsələ yalnız o cür həll etmək olar ki, hüquq-mühafizə orqanları hər bir yanacaqdoldurma məntəqəsi ilə ayrıca məşğul olmalıdır”.
Ekspert vurğulayıb ki, SOCAR yanacaqdoldurma məntəqələrindən başlamaqla, loqosunu “LUK Oil”in, SOCAR-ın loqosuna bənzədən bütün yanacaqdoldurma məntəqələrinə fərdi yanaşmaqla xüsusi nəzarət edilməlidir. Əks halda bu qədər keyfiyyətsiz yanacaqla vətəndaşlarda müxtəlif xəstəliklər müşahidə ediləcək.
Ekspert sonda növbəti canlı yayım zamanı "Azparkinq" xidmətindən istifadə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirəcəyini, Avtosfer.az-ın sosial şəbəkə hesabının izləyicilərini narahat edən məsələlərə toxunacağını vurğulayıb.
Canlı yayımda şəbəkə istifadəçilərinin rəylərini oxuyaraq suallarını cavablandıran Elməddin Muradlının məsələni şərh etdiyi videonu sizə təqdim edirik:
Səfər