Yanacaq daşıyan avtomobildə külli miqdarda siqaret aşkar edildi

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkar ediblər. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, idarənin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən tranzit keçməklə Naxçıvan MR-dan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Kamaz" markalı yanacaq daşıyan çənli yük avtomobilinə xidməti axtarış itinin tətbiqi ilə baxış keçirilib. Xidməti itin reaksiyası əsasında, avtomaşının qoşqusu ətraflı yoxlanılıb. Nəticədə, qoşqunun orta hissəsində, döşəmə ilə çənin arasındakı boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 31.000 ədəd "D&J" və "Manchester" adlı siqaretlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












