Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? — AÇIQLAMA

Sosial şəbəkələrdə “SOCAR”, “Azpetrol” və “LUKOİL”ə məxsus ayrı-ayrı yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyətinin fərqli olması, “LUKOİL”də daha keyfiyyətsiz benzin satılması barədə iddialar var. Avtosfer.az-ın məlumatına görə, bu barədə "pravda.az"ın sualını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, Azərbaycanda bir Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, bir də Bakı Neft Bazası var.

“Yəni neft məhsulları buradan yanacaqdoldurma məntəqələrinə bölüşdürülür. Heydər Əliyev adına Zavoddan boru ilə Bakı Neft Bazasına gəlir, buradan isə 20-30 tonluq məhsul yeraltı çənlərə doldurulur. Ayrı-ayrı yanacaqdoldurma məntəqələrində benzin necə fərqli ola bilər? Məsələn, arağı fərqli istehsal etmək olar. Biri Xırdalanda istehsal olunur, digəri şadlıq evinin zirzəmisində... Azərbaycanda mini, yəni kiçik neftayırma zavodları olmayıb və yoxdur. Bir qurğumuz var, oradan yanacaq çıxır. Necə olur ki, benzinin fərqli-fərqli keyfiyyəti olur? Şirkət öz yanacaq çənində benzinin içinə nə tökür? İkincisi, bizim sürücülər, elə bil, işlərini-güclərini planlaşdıra bilməyən adamlardır. Azərbaycanda 950-dən çox yanacaqdoldurma məntəqəsi var. Biri sənə yanacağı pis keyfiyyətdə satırsa, niyə özünü ora gedirsən. Get yaxşısına... Yəni ki, belə nüanslar var. Çəkib internetdə də yerləşdirirlər. Göstərirlər ki, benzinin tərkibi sudur. Olanda nəsə olur, amma sistematik olaraq bunun baş verməsi, istehlakçının ancaq ən axmaq yanacaqdoldurma məntəqəsindən benzin doldurması da başadüşülən deyil”, - o bildirib.
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI










