Yanacaqdoldurma məntəqələrinin min əməkdaşı işsiz qaldı

Ukrayna Dövlət Fiskal Xidməti "BRSM-Nafta" yanacaqdoldurma kompleksi (YDM) şəbəkəsinin 60 yanacaqdoldurma stansiyasına və "BRSM-Nafta"nın neft bazasına həbs qoyub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla da şirkətin təxminən min əməkdaşı işsiz qalıb. YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru Aleksandr Melniçuk noyabrın 29-da vergi orqanının daha 16 obyektin işini dayandırdığını bildirib. "Vergilərdəki rəhbər şəxslər məhkəmənin "BRSM-Nafta"nın xeyrinə olan qərarlarına riayət etmirlər və şirkət əməkdaşlarının iş yerlərinə keçmələrinə imkan vermirlər. DFX-nin bu hərəkətlərinə cavab olaraq, noybarın 30-da "BRSM-Nafta" kollektivi şirkətə hücumun dayandırılması və DFX-nin sədri Roman Nasirovun istefaya göndərilməsi tələbi ilə etiraz aksiyasına başlayır", - deyə YDM şəbəkəsinin strateji marketinq departamentinin direktoru vurğulayıb.
Şirkətdən bildiriblər ki, işçilər dekabrın 1-də Nazirlər Kabineti və Baş Prokurorluq istiqamətində yürüş keçirəcəklər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












