Yanacaqdoldurma məntəqəsində xəsarət alanlar ağır vəziyyətdə Bakıya gətirildi

Noyabrın 21-də Lənkəranda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində xəsarət alan 2 nəfər Bakıya gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Baş həkim bildirib ki, rayonun Separadi kənd sakinləri - Əbülfəz Məmmədov və Çingiz Allahverdiyev ağır yanıq xəsarətləri ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər: "Əbülfəz Məmmədovun bədəninin 40 faizi, Çingiz Allahverdiyevin isə bədəninin 70 faizi yanıb. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir". Qeyd edək ki, noyabrın 21-də gündüz saatlarında Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğın nəticəsində orada operator işləyən 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu yanıq xəsarətləri alıb.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










