Yanacaqdoldurma məntəqəsinə basqın olub

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub, məntəqənin operatoruna xəsarət yetirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun məlumatına görə, iki naməlum şəxs mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının üstündə, Şirvan şəhəri ərazisində yerləşən “Nur” yanacaqdoldurma Məntəqəsinə basqın edərək, məntəqənin əməkdaşı, Sabirabad rayonu Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Elvin Əzim oğluna ağır bədən xəsarətləri yetirib.
Basqınçılar kassadan 453 manat götürərək qaçıblar.
E.Əhmədov burun sümüyünün sınığı və digər xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Polis hadisəni tərədənlərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir.
Faktla bağlı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












