Yanacaqdoldurma məntəqəsinə saxta əsginas verib qaçan şəxs tutulub

İsmayıllı rayonunda yanacaqdoldurma məntəqəsinə saxta əsginas verən şəxs tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, bu il martın 20-də İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində operator işləyən şəhər sakini Asif Mirzəzadə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək martın 18-də “VAZ-21015” markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əsginas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirib.
İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R.Nuriyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












