Yanacaqdoldurma məntəqəsinin işçiləri döyüldü - Salyanda

Salyan rayonunda yanacaqdoldurma məntəqəsinin 3 işçisi döyülüb. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolu üzərindəki yanacaqdolduma məntəqələrinin birində qeydə alınıb. Belə ki, rayonun Qırxçıraq kənd sakini, 24 yaşlı operator Zamiq Raqib oğlu Nəbiyev iş başında ikən tanımadığı avtomobilin sürücüsü onunla zarafatlar edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və avtomobildə olan 5 nəfər Zamiq Nəbiyevi və onun daha iki iş yoldaşını döyərək ərazidən uzaqlaşıblar. Döyülmə zamanı Zamiq Nəbiyev ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. "Report"un əldə etdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsinin işçilərini döymüş şəxslər polis tərəfindən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












