Yanan qarajdan 3 cəsəd aşkarlandı - VİDEO
Gündəm
27 May 2020 19:43
Oxunub 1208
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb
Rusiyanın Sankt-Peterburq şəhərində qarajda yanğın baş verib. Avtosfer.az xəbər verir ki, insident mayın 27-də səhərə saatlarında “Kosmonavt” prospektində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, yan-yana olan iki 27 kvadrat metrlik qaraj yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Daha sonra qarajların birinə baxış keçirən əməkdaşlar oradan 3 nəfərin cəsədini aşkarlayıblar.
Qarajın içindən tapılan meyitlərin yanğından əvvəl öldüyü ehtimal edilir.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR