"Yanar dağ"a gedən yol dağıldı, yerində göl əmələ gəldi: Ərazini keçmək ÇƏTİNLƏŞİR - VİDEO+FOTO

Abşeron rayonunun Məhəmmədi kəndində avtomobil yolunun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb.
"Qəbiristanlıq yolu" adlanan istiqamətdə əsas magistralda yol tamamilə yararsız vəziyyətə düşüb, böyük çuxurların yaranmasına səbəb olub. Nəticədə yağan yağış qrunt suları ilə birgə məhz bu çuxurlara dolaraq nəqliyyatın hərəkətini daha da çətinləşdirir.
Ərazidə çəkiliş apardığımız müddətcə bunu daha aydın şahidi olduq. Bir neçə minik avtomobili sürücüləri nəqliyyat vasitələrinin su ilə dolu çuxura düşərək ciddi zərər gördüyünü bildiriblər. Kənd sakinləri xüsusilə yağışdan sonra əraziyə yaxın gölün də daşaraq yolu basmasından sonra vəziyyətin daha da dözülməz olduğunu, ərazidən keçmək üçün uzun müddət növbə (tıxac) yarandığını sözlərinə əlavə ediblər.
Qeyd edək ki, Məhəmmədi kəndində yerləşən “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” və XVII-XVIII əsrlərə aid Məhəmmədli kəndində yerləşən Əli daşı türbəsinə getmək üçün sözügedən yoldan istfadə edilir. Turistlərin ən çox baş çəkdikləri “Yanar dağ” yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınıb.
Yoldakı vəziyyəti əks etdirən kadrları təqdim edirik:




"Qarabağ" "Ayntraxt"a qalib gəldi
İslam Səfərli küçəsi piyadalar üçün necə əlverişli ola bilər? – EKSPERT AÇIQLADI
İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib - FOTOLAR
Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA - FOTO
Ana-bacı söyüşü söyənlər niyə məsuliyyətə cəlb edilmir? – Vəkildən AÇIQLAMA
Elektromobillərin batareyalarını neçə il istifadə etmək mümkünür? - ARAŞDIRMA
“BakuBus” dərin çuxura düşdü, saatlarla orada qaldı - FOTO
Zəbt edilən örüş torpaqları, yox olan "kupça" – ARAŞDIRMA – FOTO - VİDEO
Yollarda xətlənmə işləri aparılacaq - 37 MİLYONLUQ LAYİHƏ
AZAL-ın təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq?
“İctimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsi texniki məsələlərlə sıx bağlıdır” - EKSPERT DANIŞDI











