Yanğınsöndürmə maşınlarına Azərbaycan tərəfdən atəş açılmayıb - RƏSMİ
Gündəm
18 Avqust 2021 15:35

Azərbaycan Müdafiə Nazirliyi avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.
Nazirlikdən qeyd edilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18.00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub.
"Yanğının genişlənməməsi və vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına dərhal məlumat verilib. Bildiririk ki, bu istiqamətdə, xüsusilə də yanğınsöndürən maşına bölmələrimiz tərəfindən guya atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat yalandır və belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb", - nazirlik vurğulayıb.
Oxunub : 1740
DİGƏR XƏBƏRLƏR
17 Mart 2026 14:41
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
17 Mart 2026 14:36
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
17 Mart 2026 13:48
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
17 Mart 2026 00:00
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
16 Mart 2026 21:00
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
16 Mart 2026 20:51
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
16 Mart 2026 19:39
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
16 Mart 2026 19:12
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
16 Mart 2026 18:09
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
16 Mart 2026 14:41
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
16 Mart 2026 13:11
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
16 Mart 2026 12:30
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ŞƏRH YAZ










