Yapon hərbiçiləri: "Hərbi təyyarələr fəallaşıb"

Cari ilin aprel-iyun ayları ərzində Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri daha çox Rusiya hava-kosmik qüvvələrinə məxsus (HKQ) təyyarələrlə əlaqədar havaya qalxıb. Bu barədə ölkənin özünümüdafiə qüvvələrinin birləşmiş qərargahı məlumat yayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, qəraragahdan bildirildiyinə görə, cari ilin ikinci rübü ərzində Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri ümumilikdə 229 dəfə səmaya qalxıb. Bunun 125-i (55 faiz) məhz Rusiya, 101-i (44 faiz) isə Çin hərbi təyyarələrinə görə olub. Son beş ilin göstəricilərinə görə, adətən yapon qırıcılar daha çox Çin hərbi təyyarələrinin yaxınlaşması ilə əlaqdar səmaya qalxmışdı. Məsələn ötən ilin ikinci rübündə yapon qırıcılar 199 dəfə Çin, 78 dəfə isə Rusiya hərbi təyyarələrinə görə bunu etmişdi.
Yapon hərbiçilər qeyd edirlər ki, Çinin səmada fəallığı əhəmiyyətli dərəcədə - 99 dəfə, Rusiyanın fəallığı isə 47 dəfə azalıb. Əlavə olaraq bildirilir ki, Çin təyyarələri adətən qırıcı, Rusiya təyyarələri isə kəşfiyyat təyyarələri ilə təmsil olunublar. Uçuşların marşrutunda da əsaslı fərqlər qeyd edilib. Belə ki, Çin təyyarələri əsasən, Şərqi Çin dənizi istiqamətində, Rusiya təyyarələri isə cənub sahilləri istisna olmaqla bütünlüklə Yaponiya ətrafında-şimal-qərb və şimal istiqamətində uçuşlar həyata keçirib. Fotoşəkillərin də əlavə edildiyi məlumatda qeyd edilir ki, uçuşlar zamanı əsasən Tu-95, Tu-142, İl-38, İl-20, Su-24 təyyarələrindən istifadə edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












