Yaponiyadan Kuril adalarına baş tutacaq ilk aviareys təxirə salındı

Yaponiyadan Kuril adalarına baş tutacaq ilk çarter aviareysi əlverişsiz hava şəraitinə görə iyunun 19-na təxirə salınıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə səfərin təşkilatçıları bildirib. Məlumata görə, yerli vaxtla 08.30-a (Bakl vaxtı ilə 03.30) planlaşdırılan reys qatı duman səbəbindən təxirə salınıb. Qeyd edək ki, Rusiyanın “Avrora” aviaşirkətinə məxsus təyyarə cənubi Kuril adalarının 70-dək keçmiş sakinini əcdadlarının qəbrini ziyarət etmək üçün ilk dəfə olaraq tarixi yurduna aparmağı planlaşdırır. Nümayəndə heyəti Kunaşir və Şikotan adalarına səfər edəcək. Nümayəndə heyətini Yaponiyanın XİN rəhbərinin müavini Nobuo Kisi daxil olmaqla bir neçə rəsmi şəxslər müşayiət edəcək. Bu vaxtadək analoji səfərlər üçün dəniz nəqliyyatından istifadə edilib. Hava əlaqəsinin yaradılmasına dair razılaşma Yaponiyanın baş naziri Sindzo Abenin apreldə Moskvaya səfəri zamanı əldə olunub. Yaponiya Rusiyadan II Dünya müharibəsi zamanı itirdiyi Kunaşir, İturup, Şikotan və Xabomai adalarının geri qaytarılmasını tələb edir. Rusiya tərəfi iddia edir ki, cənub Kuril adalarının II Dünya müharibəsinin yekunlarına əsasən SSRİ-nin tərkibinə qatılıb, Rusiyanın adalar üzərində suverenliyi müvafiq beynəlxalq hüquq normalarına əsaslanır və şübhə altına alına bilməz.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












