Yaqubovun oğlu ilə birgə "X-6"-da ölən milyarder nəvəsi belə yaşayırdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, İsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı nəvəsi Diana "AZAL" QSC-nin Moskvadakı nümayəndəliyinin keçmiş rəhbəri Mahir Yaqubovun 23 yaşlı oğlu Azərlə birlikdə ağır yol qəzasında həlak olub. “Qafqazinfo” xəbər verir ki, “Life.ru” parlaq və bir o qədər də qısa ömür yaşayan gənc qızın həyatı ilə bağlı araşdırma aparıb. Yaxınları tərəfindən “Ledi Di” adlanan, ecazkar gözəlliyə malik sarışın Diana Moskva gənclərinin ən parlaq nümayəndələrindən biri olub. Vaxtının çox hissəsini İsveçrədə keçirən gənc qız ölkənin ən nüfuzlu təhsil müəssisələrindən birində, Sankt-Qallen Universitetində oxuyub.

Ailə üzvləri, yaxınları, eləcə də sosial şəbəkədəki izləyiciləri tərəfindən sevilən D. Lebedeva “Spartak”ın keçmiş sahibinın qızı Diana Çerviçenko, “Reso Qarantiya”nın prezidentinin oğlu Serqey Sarkisov, gimnast Karolina Sevastyanova, oliqarx qızı Nastya Kudryaşkina və rusiyalı müğənni Dmitri Məlikovun qardaşı oğlu Dima ilə dostluq edib.
Onun hobbiləri sırasında ilk öncə mahnı oxumaq olub. O, asudə vaxtlarını rəfiqələri ilə birlikdə “La Maree”, “Bistrot”, “Mario” kimi Moskvanın ən yaxşı restoranları və karaokelərində keçirirmiş.

Dəbdəbəli həyat keçirən Diana “Hermes” və “Chanel” brendlərinin çantalarından, “Cartier” və “Chopard” markalarının bəzək əşyalarından, “Victoria Beckham” imzalı xəz dəriləri və geyimlərdən istifadə edib.

Qeyd edək ki, İnstaqramda aktiv olan Diana həmin sosial şəbəkədə Uels şahzadəsinin şərəfinə "Şahzadə Diana" olaraq qeydiyyatdan keçib. Oxşarlıq sadəcə onların adında deyil, həm də taleyində olub. Diana Lebedeva da şahzadə Diana kimi sevgilisi ilə birgə avtomobil qəzasında həlak olub.













Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA











