Yaralılar həmin anı belə xatırlayır - “Nəfəsim kəsildi...” - VİDEO

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.
Təranə Kərimova (xəsarət alan): ““Kamaz”ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu”.
Aytən Quluzadə (xəsarət alan): “Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram”.
Bəybala Manafov (xəsarət alan): “Başımla sinəmdən xəsarət aldım. Nəfəsim gəlmədi, özümü itirdim”.
Oqtay Əsgərli (xəsarət alan): ““Kamaz” sabit dayanmışdı. Bizdə sürət var idi. Elə də çox xatırlamıram”.
Sumqayıt Dövlət Universitetinin rektoru mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib.
Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












