Yararsız pulları yeniləri ilə dəyişdirə bilərik? - AÇIQLAMA

Pullar uzun müddət istifadə olunduğu üçün təbii olaraq zamanla zədələnir. Yaxud insanlar səhvən onun müəyyən hissəsini yararsız hala salır.
Modern.az-ın məlumatına görə, Mərkəzi Bankın şöbə müdiri Nəsib Pənahlı yararsız pullarla bağlı məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, pul nişanı bütöv səthdən yaxud bir neçə hissədən ibarət ola bilər.
“Bu hissələr ardıcıllıq təşkil etməlidir. Ardıcıllıq təşkil edən bu hissələr pul nişanının səthinin ən azı 60%-ni saxlamalıdır. Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi, ekspertizası qaydalarının tələblərinə uyğun olaraq Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini ödənişsiz və heç bir məhdudiyyət olmadan həyata keçirir", - şöbə müdiri İctimai televiziyaya açıqlamasında bildirib.
Nəsib Pəbahlı qeyd edib ki, bütöv səthin üzərindəki təsvir və yazıları onun nominalını müəyyən edə biləcək həcmdə saxlamalıdır:
"Eyni zamanda metal pul nişanı heç bir deformasiyaya məruz qalmamalıdır ki, nişanın nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilsin”.
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA











