Yas yerlərində ehsan verilməsi vətəndaşları MADDİ ZİYANA SALIR - VİDEO

"Elə vətəndaşlar var ki, borc götürür, torpağını, hətta evini satır ki, yasa gələnlərə ehsan verə bilsin".
Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müsahibəsində deyib.
Millət vəkilinin sözlərinə görə, yas yerlərində süfrələri dolduraraq ehsan verilməsinin İslam dini ilə heç bir əlaqəsi yoxdur.
Siyavuş Novruzov həmçinin yas yerlərində qoyulan qiymətlərdən də danışıb.
Millət vəkili deyib ki, bir müddət öncə Naxçıvanın Şərur rayonu, Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilsə belə, yenə də insanların şəxsi qərarlarına əsasən yas yerlərində ehsanların verilməsi davam edir.
Deputat həmçinin yas yerlərinə baş çəkmək üçün gələnlərin mərasimdə 15 dəqiqədən çox qalmamasını tövsiyə edib, uzaq yerdə yaşayanların isə əgər çox yaxın insan deyilsə, yasda iştirak etməyinin elə də vacib olmadığını vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO









