Yasa getmək üçün maşın oğurlamaq istəyən dostlara ağır cəza - 24 il

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərin məhkəməsi keçirilib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsdirləndirilən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar əməllərindən peşman olduqlarını, "bilsəydik belə olacaq, heç bu yola getməzdik" deyərək məhkəmədən bağışlanmalarını istəyiblər.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən Qardaşxan Abdullayev 8 il, Ceyhun Məmmədzadə 8 il, Rəfayel Əlizadə isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bildirək ki, təqsirləndirilən şəxslərdən Qardaşxan Abdullayev və Ceyhun Məmmədzadənin 25, Rəfayel Əlizadənin isə 24 yaşı var.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə bu il martın 26-da baş verib. Səhər saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan 4 nəfər şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər.
A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.
V.Mövlazadə avtomobildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.
Həbs edilən şəxslər deyiblər ki, dostlarının atasının yasına getmək üçün maşını ələ keçirmək istəyiblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










