Yasa spirtli içki gətirən azərbaycanlı öldürüldü

Novqorod vilayətinin Pestovski rayonunda Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxs həbs edilib. Daha əvvəl xəbər verdiyimiz kimi, onu Ponomaryovo kəndində bıçaqla vurublar. O, sükan arxasına keçib maşınla özünü şəhərdəki xəstəxanaya çatdırıb yardıma çağırsa da həkimlər gələnədək keçinib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarında mənbə yerli jurnalistlərə danışıb ki, kəndin dəfələrlə mühakimə edilən 40 yaşlı sakini yas mərasimində ehsan verirmiş. Əvvəlcədən spirtli içki də sifariş edibmiş. Amma sonra onun həmin spirtli içkini gətirən Azərbaycan vətəndaşı ilə qiymətə görə mübahisəsi düşüb...
Şübhəli şəxsi ertəsi gün saxlayıblar. Rusiya Federasiyası İstintaq Komitəsinin Novqorod vilayəti üzrə bölməsindən bildiriblər ki, qatil törətdiyi cinayəti qismən etiraf etsə də, əvvəlcədən onu öldürmək fikrinin olmadığını deyib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












