Yaşadığınız ərazidə sahibsiz itlər varsa, bu nömrəyə ZƏNG EDİN! - VİDEO

Sumqayıtda 5 yaşlı uşağın sahibsiz itin dişləməsi nəticəsində ölməsi əlaqədar qurumları hərəkətə keçirib. İlk olaraq Sumqayıtda sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işlərinə başlanılıb. Sumqayıt şəhər Təmizlik deportamentindən bildirildi ki, Şəhərin bütün istiqamətlərindən yığılan küçə itləri Sumqayıtdan 15 kilometr uzaqda yerləşən şəhər poliqonuna daşınır. Xüsusilə 10-cu mikrorayon ərazisində 50-ə yaxın sahibsiz it şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Sumqayıt Şəhər Təmizlik Deportamentinin baş direktoru Məhəmməd Məmmədovun sözlərinə görə, həmin itlərdə quduzluq əlaməti olarsa, ciddi tədbirlər görüləcək. Qurumdan bildiriblər ki istənilan halda itlərin öldürülməsindən söhbət gedə bilməz. Atılacaq addımlar sadəcə onların çoxlmasının qarşısının alınması ilə bağlı olacaq.
Apardığımz müşahidələr göstərdi ki sahibsiz itlərlə bağlı vəziyyət heç paytaxtda da fərqli deyil. Belə ki paytaxtın bir çox yerlərində hətta parklarda belə çoxlu sayda sahibsiz itlərə rast gəlinir. Məsələn bura Metronun Koroğlu stansiyasının yaxınlığında olan parkdır. İtlər parkın içərisində necə gəldi hərəkət edir.
Bura isə Ağ şəhər bulvarı ərazisidir.Burdada itlər özlərinə məskən salıblar.Təbii ki bundan da ən çox əziyyət çəkən bura istirahətə gələn vətəndaşlar olur.
Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov mətbuata verdiyi açıqlamada bildirib ki,ilin sonuna kimi bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək. Hazırda bu istiqamətdə işlər görülür.İdarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır.
Sahə rəisi həmçinin bildirib ki, "İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib.Bununla yanaşı, Hər bir vətəndaş itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 012 565 09 26 /27 nömrəsi ilə əlaqə saxlaya bilər".
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR








