Banner

Yasamalda binanın girişində narkotik istifadəçisi saxlanılıb - VİDEO

Gündəm 10 Avqust 2021 17:53 Oxunub 3568
Yasamalda binanın girişində narkotik istifadəçisi saxlanılıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polis tərəfindən sosial şəbəkələrdə Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, Abşeron rayon sakini Emil Dadaşov müəyyən olunaraq saxlanılıb.

Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib, onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh