Yasamalda dövlət qurumu təbiətə qənim kəsilib – VİDEO

Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində (H.Cavid 46) əkilən ağac Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən məhv edilib.
Redaksiyamıza şikayət edən şəxs bildirib ki, ağacın yeri ilə bağlı qəribə hadisə də baş verib. Rayon sakini şikayətində bunları qeyd edib:
“Videodan da göründüyü kimi yolun kənarında çərçivəyə alınmış ərazinin içərisində ağac olub və 2 il bundan qabaq güclü külək nəticəsində ağac qırılıb. Qırıldıqdan bir ay sonra həmin ağacın yerinə hansısa qurum tərəfindən 0.5 metrlik şam ağacı gətirib basdırılıb, amma təəssüflər olsun ki, o ağac da quruyub. Sonradan mən bir vətəndaş olaraq hemin yerə zeytun ağacı alıb əkdim, təəssüf ki, qulluq etməyimə baxmayaraq o ağac da qurudu. Burda ağacların quruma səbəbi odur ki, köhnə ağacın kötüyü orda qalır və yeni ağac üçün torpaq sahəsi kifayət etmir".

.jpg)
Vətəndaş bildirib ki, 1 ay bundan əvvəl qırılmış ağacın kötüyündən yeni ağacın pöhrələndiyini görüb. “Həmin yeri taxta parçaları ilə çerçivəyə aldım ki, ağacı qoruyum, qulluq edim, böyüdüm. Qulluğumun nəticəsində həmin pöhrə yarım metrə qədər böyümüşdü. Amma çox çox təəssüflər olsun ki, Yasamal rayonunun “JEK2 müdiri və işçiləri gəlib çərçivələri söküb atdılar və böyüyən ağacıda dibindən qırıb apardılar”.
Vətəndaş həmçinin onu da qeyd edib ki, ağacın kəsilməməsi üçün çox xahişlər edib, lakin buna reaksiya verən olmayıb.
Səfər Əlizadə
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










