Yasamalda şirkət gecə saatlarında səs-küy salıb tikinti aparır - VİDEO

Sahibkarlara aidiyyəti qurumların etdikləri xəbərdarlıqlara baxmayaraq, hələ də bəzilərinin özbaşınalıqlarına şahid oluruq.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu ərazisində gecə saatlarında aparılan tikinti işləri ilə bağlı şikayət daxil olub. Saytımıza izləyici tərəfindən göndərilən videoda gecə saatlarında – təxminən 00:00-dan səhər 06:00-7:00-a qədər davam edən tikinti prosesinin yaratdığı səs-küy əks olunub. Şikayətçi bildirib ki, səslər səbəbilə evində istirahət edə bilmir və bu vəziyyət onun yuxusuna, gündəlik həyatına ciddi təsir göstərir.
Vətəndaşın sözlərinə görə, sözügedən tikinti işləri Yasamal rayonu, “Melissa Park” yaşayış kompleksi yaxınlığında yerləşən binanın yanında aparılır. Sakinlər artıq bir neçə gündür eyni vəziyyətdən əziyyət çəkdiklərini və məsələnin qısa zamanda həll olunmasını istəyirlər.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, yaşayış məntəqələrində gecə saatlarında (saat 23:00-dan səhər 07:00-a kimi) səs-küy yaratmaq qadağandır. Bu cür hallar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir və pozuntuya yol verən fiziki və hüquqi şəxslər cərimələnə bilər.
Fidan
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










