Yasamaldakı dəhşətli tıxacın səbəbi budur – “Azərsu”

Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsindəki yolda aparılan işlərlə əlaqədar olaraq, həmin ərazidə dəhşətli tıxac yaranıb. Avtosfer.az axar.az-a isitnadən xəbər verir ki, bu barədə məlumatı hüquqşunas Fərhad Mehdiyev qeyd edib. Yolun uzun müddətdir bu vəziyyətdə olduğunu söyləyən hüquqşunas, görülən işlərin yolun yarısını zəbt etdiyini və nadir hallarda orada kimlərinsə işlədiyini deyib. Məsələ ilə bağlı danışan Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin ərazidə “Azərsu” tərəfindən yağış sularının axıdılması üçün yağış kollektorları və xətləri tikilir. O qeyd edib ki, “Azərsu” işləri tamamladıqdan dərhal sonra yol təmir ediləcək. Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə işlərin 7-10 gün ərzində başa çatacağını deyib: “Azərsu” Bakı şəhərində yağış sularının axıdılması üçün kollektorlar və xətlər tikir. Nəzərdə tutulan ərazilərdən biri də Dadaş Bünyadzadə küçəsində yerləşir. Həmin ərazi əvvəllər gölməçə olurdu deyə, insanların gediş-gəlişində problem yaranırdı. Hətta avtobus və maşınların içinə də su dolurdu. Amma indi bu problem aradan qalxacaq. 13 lahiyənin artıq 11-i başa çatıb, 2-si də bu ay başa çatacaq”.
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO










