Yaşayış massivində üfunət yayan zibillik ərazi təmizləndi - RƏSMİ - FOTO - YENİLƏNİB

Paytaxtın Sabunçu rayonu, “Albalılıq 1” massivində yaşayan sakinlər ərazidəki zibillikdən şikayətçidir.
Avtosfer.az-a müraciət edən sakinlər deyir ki, sözügedən ərazidə ətrafa səpələnmiş zibil torbaları və üfunət antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir.
Sakinlərin sözlərinə görə, xoşagəlməz mənzərəyə səbəb ərazi üçün ayrılmış zibil konteynerlərinin az olması və vaxtında daşınmamasıdır. Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar zibil qalaqlarını yandırmaqda məcburiyyətində qalırlar.
Məsələylə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunsa da müraciətlər cavabsız qalıb. Son çarə kimi, onlar problemin ictimailəşdirilməklə cavabdeh orqanlar tərəfindən köklü həll olumasını istəyirlər.
Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində, Boya zavodunun yaxınlığında yerləşdirilmiş tullantı konteynerlərinin ətrafında nəqliyyat vasitəsindəki texniki nasazlıq səbəbindən əmələ gələn tullantı qalaqlanması təmizlənib və ərazinin sanitar vəziyyəti nəzarətdə saxlanılır.
Nərmin


Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB










