Yaşı 30-dan yuxarı olan şəxslər təlimlərə çağrılacaq? – EKSPERT ORDU İLƏ BAĞLI YENİLİKLƏRİ AÇIQLADI

Milli Məclisdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35-dən 30-a endirilməsi ilə bağlı qanuna dəyişiklik edilməsi barədə layihə son oxunuşda qəbul edilib.
Avtosfer.az xəbər verir ki, qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaq.
Bu qərarın qəbul edilməsi ilə bağlı hərbi təlimə çağırılma yaşına təsir göstərəcəkmi?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, hərbi çağırış yaşı 30-a endirilsə də hələ tam təsdiq olunmayıb:

"Bu qanunu dövlət başçısının qısa zamanda təsdiq edəcəyi gözlənilir. Daha sonra bu qanun hüquqi qüvvəyə minəcək. Təbii ki, bunun mənfi və müsbət cəhətləri var. Hərbi təlimə gəldikdə isə hər yaşa, ixtisasa uyğun olaraq təlimlər keçirilməlidir. Bu təlimlər hərbiçilərin peşə hazırlıqlarını, bacarıqlarının lazım olan səviyyədə saxlanılmasını təmin edir. Mən hesab edirəm ki, daha gənc, fiziki göstəriciləri yüksək olan şəxslərin təlimə çağırılması həm təlimin keyfiyyətinin artılmasına, həm də daha məsuliyyətli yerinə yetirilməsinə təsir göstərəcək".
Ekspert hesab edir ki, hərbi qanunvericilikdə də əlavə dəyişikliklər edilməlidir:
"Hələ yetərincə dəyişiklik edilməyib. Ümid edirəm ki, 2025-ci ildə hərbi qanunvericilikdə müsbətə doğru dəyişikliklər ediləcək. Nəzərə alsaq ki, Azərbaycan ordusunun bu il Türkiyə ordusunun modelinə yaxınlaşmaq tapşırığı qoyulub. Yəni ordunun şəxsi heyətini Türkiyə Silahlı Qüvvələrinin modelinə çatdırmalıyıq və proses 2025-ci ildə yekunlaşmalıdır. Bu, təkcə Müdafiə Nazirliyi və digər strukturlara deyil, səfərbərlik və hərbi xidmətlə bağlı olan qurumlar da öz işlərində həm təkliflərini verməlidirlər, həm də digər işləri həyata keçirməlidir. Bu dəyişikliklər, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin peşəkarlığının artırılması və ordunun müasir tələblərə uyğunlaşdırılması məqsədini güdür”.

Eltac Zülfüqaroğlu
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB








