Yaşıl Kart müqavilələrinin sayı 33% artıb - İyulda

İyul ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 102 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan Avtosfer.az-a verilən məlumata görə, bu müqavilələrdən 1 042 müqavilə Türkiyə və İrana, 51 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 9 müqavilə isə Moldova və Ukraynaya səfər edən nəqliyyat vasitələri ilə bağlı olub.
İyul ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 65 929 manat təşkil edib.
Yaşıl kart üzrə bağlanılan müqavilələrin 968-i minik, 72-si yük, 45-i qoşqu, 15-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
İyul ayında Yaşıl Kart sistemi çərçivəsində İcbari Sığorta Bürosu tərəfindən Türkiyədə baş vermiş 2 sığorta hadisəsi üzrə ümumilikdə 6 323 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Cari ilin iyun ayı ilə müqayisədə Yaşıl Kart müqavilələrinin sayında 33% artım müşahidə olunub.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










