Yaşıl Kart Sistemi üzrə sığorta müqavilələrinin sayı 2 mini keçib - Azərbaycanda

Bu ilin iyun ayında Azərbaycanda Yaşıl Kart sığorta sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 827 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
Avtosfer.az İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bundan 783 müqavilə Türkiyə və İrana, 37 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 7 müqavilə isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. İyunda beynəlxalq sığorta müqavilələri üzrə sığorta daxilolmaları 63,7 min manat təşkil edib.
Yaşıl Kart üzrə bağlanan müqavilələrin 703-ü minik, 62-si yük, 52-si qoşqu, 8-i avtobus, 2-si isə motosiklet kateqoriyasından nəqliyyat vasitələri ilə bağlı olub.
Qeyd edək ki, Azərbaycan Yaşıl Kart Sisteminə 2016-cı ilin əvvəlindən qoşulub. Bu ilin yanvar-iyun ayları ərzində 2 271 beynəlxalq sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqlarının məbləği 287,7 min manat olub.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












