Yataqxana tipli binalaradan ev alanlara XƏBƏRDARLIQ – Mənzilin çıxarışı olsa belə... - VİDEO

Elan saytlarında yataqxana tipli binalarda satışa çıxarılan mənzillərin sayı olduqca çoxdur.
Avtosfer.az xəbər verir ki, hətta məlumatlarda bəzilərinin çıxarışı olduğu da iddia edilir.
Bəs bu nə dərəcədə doğrudur? Əmlak alarkən bu məsələdə nəyə diqqət etmək lazımdır?
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verir. Bu mənzillərin alışı zamanı isə sənədlərə baxmaq lazımdır. Əgər həmin bina aid olduğu müəssisənin balansından çıxmayıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılmır.
Əgər həmin mənzilin yerləşdiyi yataqxana faktiki olaraq hansısa qurumun balansındadırsa onu almaqdan imtina etsinlər.
Qeyd edək ki, hansısa qurumun, zavod və ya fabrikin balasında olan, eləcə də tələbə yataqxanalarındakı evləri satışa çıxarmaq qanuna ziddir.
Daha ətraflı videomaterialda.
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır - VİDEO
Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? - Ekspert AÇIQLADI
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? - VACİB AÇIQLAMA
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib - FOTO - VİDEO









