"Yaxın günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək"

“Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. O bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək: “Mülayim cənub küləyi əsəcək”. G.Məmmədovanın sözlərinə görə, növbəti günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək: “Bakıda və Abşeron yarımadasında 10-15, Mərkəzi Aran rayonlarında 12-18, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacağı gözlənilir". O qeyd edib ki, mart ayının 8-i axşam saatlarında bəzi dağlıq ərazilərdə hava şəraitinin qısamüddətli yağıntılı olacağı ehtimalı var.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












