Yelkənli İdman Federasiyasının komandası Azərbaycanı layiqincə təmsil edib

Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) “Optimist” sinfi üzrə yığma komandası bu ilin 05 – 11 mart tarixlərində Türkiyənin Bodrum şəhərində təşkil olunan 6 – cı Bodrum Beynəlxalq Optimist Yarışında (BIOR) iştirak ediblər. Federasiyanın İdman üzrə koordinatoru Burcu Algon Giorgianninin rəhbərlik etdiyi 3 oğlan və 2 qızdan ibarət komanda heyəti, 5 gün davam edən mötəbər yarışda 600 - ə yaxın idmançı ilə mübarizə ölkəmizi layiqincə təmsil etməyə nail olublar. 2017 – ci ildən etibarən SFA – nın hər il Bodrum Beynəlxalq Optimist Yarışında iştirak etməsinin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Qeyd edək ki, yelkənçilərimiz sözügedən yarışda 21 ölkəni təmsil edən 96 ayrı yelkən klublarının idmançıları ilə mübarizə apararaq yarışları uğurla başa vurublar.
BIOR yarışında iştirak edən komanda heyətinin tərkibi:
Ayla Babayeva
Kristina Kərimova
İsmayıl Kərimov
Murad Allahverdi
Murad Hacı-zadə
Heyətin Rəhbəri – Burcu Algon Giorgianni
“Optimist” sinfi üzrə baş məşqçi- Seyhun Yıldız.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















