Yeni aeroportundan iki aviadaşıyıcı Azərbaycana uçacaq - Moskvadan

Moskvanın yeni “Jukovski” Beynəlxalq aeroportundan iki aviadaşıyıcı müntəzəm marşrutlar üzrə Azərbaycana reyslər yerinə yetirməyə icazə alıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) daşıyıcıların beynəlxalq reyslərin yerinə yetirilməsinə icazəyə dair protokolunda deyilir.
Protokolda qeyd edilir ki, “Yamal” aviaşirkəti Jukovski-Bakı və Jukovski-Gəncə marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə icazə əldə edib. Reyslər həftədə 4 dəfə həyata keçirləcək.
“VİM-Avia” şirkəti Jukovski-Gəncə marşrutu üzrə uçuşlara icazə əldə edib. Aviareys həftədə yeddi dəfə həyata keçiriləcək.
“Uralskiye avialinii” şirkətinin Çelyabinsk-Bakı, Sankt-Peterburq-Bakı, Sankt-Peterburq-Gəncə və Yekaterinburq-Lənkəran marşrutu, eləcə də Rusiya aviaşirkətinin İrkutsk-Bakı və Mineralnie vodı-Bakı marşrutu üzrə reyslər üçün çıxış aviadaşıyıcıların istəyinə görə geri alınıb.
Moskvanın dördüncü Jukovski Beynəlxalq aeroportunun açılışı mayın 30-da baş tutub. Yeni hava limanının ilkin ötürücü qabiliyyəti ildə dörd milyon sərnişin olaraq göstərilmişdi.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












