Yeni alınan avtobuslar əlilliyi olan şəxslərin istifadəsi üçün uyğun olmalıdır

"Bakı Nəqliyyat Agentliyi paytaxtın mərkəzi hissəsini əhatə edən 5 rayonu üzrə 88 küçə və prospektdə yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə monitorinqlər aparıb". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib. O bildirib ki, hazırda Bakı şəhərində fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan şəxslərin, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli ictimai nəqliyyat və əlverişli infrastruktur yoxdur.
Şöbə müdiri qeyd edib ki, monitorinqin əhatə dairəsinə daxil olan hər bir rayon üzrə bütün yollar ayrı-ayrılıqda nəzərdən keçirilib, sakinlərin vəziyyəti öyrənilib, çatışmazlıqlar qeydə alınıb: "Araşdırma nəticəsində səkilərdə və eynisəviyyəli piyada keçidlərində 534, müxtəlif səviyyəli yeraltı piyada keçidlərində isə 32 ədəd pandus çatışmayan nöqtələr müəyyən olunub".
M.Ağayevin sözlərinə görə, paytaxtın inzibati ərazisində fəaliyyət göstərən 16 marşrut xətti üzrə 321 ədəd avtobusda əlilliyi olan sərnişinlərin maneəsiz istifadəsi üçün şərait yaradılıb: "Təbii ki bu sahədə mövcud vəziyyət bizi qane etmir və müsbətə doğru dəyişiklik edilməsi üçün agentlik zəruri tədbirləri davam etdirir. Yeni alınan avtobuslar əlilliyi olan şəxslərin istifadə üçün uyğun olmalıdır".
O həmçinin qeyd edib ki, bu gün Bakıda 500 ədəd taksi minik avtomobilində əlillərin istifadəsi üçün mexanizm mümkündür.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










