Yeni avtomobil qüsurlu olarsa - müştəri nə etməli?

Sonradan problem yaranmasın deyə əksər insan təzə avtomobil almağa üstünlük verir. Amma nəticə heç zaman gözlənilən kimi olmur. Bəzən alınan yeni avtomobil də olsa, qüsuru olur.
Belə bir problemlə qarşılaşan müştəri nə etməlidir?
“Qüsurlu avtomobil satıcının hesabına təmir olunmalı, bu müddət ərzində isə, alıcıya müvəqqəti olaraq oxşar avtomobil verilməlidir”.
Avtosfer.az xəbər verir ki, bu barədə atv.az-a açıqlamasında “Vəkillər kollegiyası”nın üzvü, vəkil Asif Abdullayev bildirib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, alınmış avtomobil qüsurlu olduğu halda, alıcı avtomobilin satıcının hesabına təmir olunmasını tələb etmək hüququna malikdir: “Bəzi hallarda avtosalonlardan alınmış təzə avtomobillərdə qüsurların yaranması səbəbindən, avtomobil uzun müddət təmirdə qalır. Bu isə, alıcıya ciddi narahatçılıq yaradır. Təmir ödənişsiz aparılsa da, avtomobili almış şəxs faktiki olaraq təmir müddəti ərzində avtomobilsiz qalır.
Alıcı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.
Alıcının tələbi ilə nəqliyyat vasitəsinin təmir edildiyi və ya dəyişdirildiyi müddət ərzində ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar avtomobil verməlidir”.
Dəbbə pulu verilməlidir
Hüquqşunas bildirdi k, əgər təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi ləngidildikdə (14 gün), satıcı alıcıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir: Dəbbə pulu öhdəliyin yerinə yetirilməməsi üçün qanunla nəzərdə tutulmuş cərimədir.
Misal üçün, 10.000 manata alınmış avtomobil vaxtında təmir olunmasa və ya alıcıya müvəqqəti olaraq digər nəqliyyat vasitəsi verilmədikdə, hər gün üçün 100 manat cərimə hesablanacaq alıcının xeyrinə”.
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ
Təhlükəsizlik standartlarının tətbiqində hansı problemlər var? – İZAH
Şıx çimərliyində dənizə çirkab suları axıdılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Pulsuz ictimai nəqliyyat tıxacların qarşısını ala bilərmi? – EKSPERT
"Arzum" yenidən hakim qarşısına ÇIXARILACAQ - Vəkildən AÇIQLAMA
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
Sabah çimərliklərdə hava necə olacaq?
AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı məlumat yaydı
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH










