Yeni binalarda əhali sayına uyğun parkinq NİYƏ YOXDUR? - VİDEO

Sakinlər nəqliyyat vasitələrini əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Xüsusən də nizamsız parklanma yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə mane olur.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtda vətəndaşlardan birinin çəkdiyi bu görüntülər də sözügedən məsələni daha da aktuallaşdırır.
Fövqəladə Hallar Nazirliyi də bununla əlaqədar əhaliyə müraciət edib.
Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, yolların hərəkət hissəsində nəqliyyat vasitələrinin park edilməsi sürücü məsuliyyətsizliyi ilə yanaşı, parkinqlərin az olmasından da irəli gəlir. Xüsusən yeni tikilən binalarda avtomobillər üçün duracaqların olmaması həmin ərazilərdəki yollarda ciddi sıxlıq yaradır.
Elnur Fərzəliyevin sözlərinə görə, yeni binalarda qarajların baha olması da məsələyə birbaşa təsir edir.
Ekspert bildirir ki, problemin daha da dərinləşməməsi üçün çoxmənzilli binaların inşası üçün nəzərdə tutulan qaydalarda dəyişikliklərin aparılmasına zərurət var. Mənzil sahiblərinin sayına uyğun parkinqin olması tikinti şirkəti qarşısında şərt kimi qoyulmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO










