Yeni binaların parkinq problemi - VİDEO

Paytaxtda yeni binalarda mənzil sayı artdıqca qaraj yerlərinin azlığı dayanacaq problemi yaradır.
Avtosfer.az xəbər verir ki, paytaxtın mənzil bazarında kvadratmetrlər artdıqca, avtomobillərin dayanacaq problemi daha da kəskinləşir. Yeni inşa olunan çoxmənzilli binalarda mənzil sayı ilə yeraltı dayanacaq yerləri arasındakı tərs mütənasiblik binların ətrafında avtomobil xaosu yaradır.
Ekspertlər bildirir ki, tikinti şirkətləri çox vaxt mənfəəti parkinq rahatlığından üstün tuturlar.
Elnur Fərzəliyev deyir ki, bəzi ərazilərdə bir avtomobil yerinin qiyməti ölkənin bölgələrində orta statistik mənzil qiymətinə bərabərdir. Bu isə o deməkdir ki, sakinlər ya illik gəlirlərini bir neçə kvadratmetrlik beton sahəsinə verməli, ya da hər axşam maşın saxlamaq üçün yer axtarışına çıxmalıdırlar. Qiymətin əlçatmazlığı isə yeraltı qarajların boş qalmasına, küçələrin isə iflic olmasına gətirib çıxarır.
Ekspert bildirib ki, binalarda dayanacaq sayı qaraj sayından az olduqca, binaların ətrafındakı yollar və piyada səkiləri məcburi qaraj funksiyasını yerinə yetirir. Əgər yaxın gələcəkdə tikinti normalarında parkinq yerlərinin sayı mənzil sayına uyğunlaşdırılmazsa, paytaxtın məhəllədaxili yollarının çoxu tamamilə keçilməz olacaq.
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ











